Milli Təhlükəsizlik Şurası (MGK) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb. Prezident Kompleksində iclas saat 16.07-də başlayıb.

İclasın ilk mövzusu terrordan azad Türkiyə məqsədi ilə aparılan işlərdir. İclasda terror təşkilatı PKK-nın ləğv və tərksilah qərarını açıqlaması və bundan sonra baş verən proseslər müzakirə olunacaq.
Türkiyənin qırmızı xətti təşkilatın Suriya və Avropa qollarının bu qərara uyğun hərəkət etməsidir. Milli Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı sahədən gələn hərbi və kəşfiyyat məlumatlarına diqqət yetirəcək. Prosesin diqqətlə izləndiyi bir vaxtda separatçı təşkilatdan silah toplama mexanizmlərinin necə işlədilməsi müzakirə olunacaq.
Türkiyənin arzusu bütün bölgədə sülh və sabitliyin hökm sürməsidir. Bu çərçivədə Suriya məsələsi də Milli Təhlükəsizlik Şurasında müzakirə olunacaq.
Prezident Ərdoğanın amerikalı həmkarı Tramp, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya prezidenti Şara ilə keçirdiyi sammitin nəticələri ilə bağlı dəyərləndirmələr aparılacaq.
MİT direktoru İbrahim Kalın da bu həftəki Dəməşq təmasları haqqında İdarə Heyətinə məlumat verəcək.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
