Bu gün:

OpenAİ Joni Ayv ilə əməkdaşlığa başlayır


Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAİ cihaz istehsalı ilə məşğul olan "io" adlı startapı 6.5 milyard dollar dəyərində satın alıb. Bu strateji satınalmadan sonra məşhur Apple dizayneri Joni Ayv OpenAİ-nin dizayn işlərinə rəhbərlik edəcək.

OpenAİ-nin baş direktoru Sam Altman bu barədə platforma “X” üzərindən paylaşım edərək, Joni Ayv ilə əməkdaşlığa başladığı üçün həyəcanlı olduğunu bildirib:

“Joni ilə əməkdaşlıq etməkdən məmnunam. Məncə, o, dünyanın ən böyük dizayneridir. Yeni nəsil süni intellekt əsaslı kompüterlər yaratmağa çalışmaq bizi çox həyəcanlandırır".

Joni Ayv-ın OpenAİ-yə qoşulması onu birbaşa keçmiş iş yeri olan Apple ilə rəqabətə salır. Xatırladaq ki, Ayv Apple-da çalışdığı dövrdə iPhone və Apple Watch kimi məhsulların dizaynında əsas fiqurlardan biri olub. Hazırda həm Apple, həm də OpenAİ süni intellekti cihazlara inteqrasiya etmək uğrunda mübarizə aparır.

Mənbə: Techcrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et