Bu gün:

"Yenidən namizəd olmaq kimi bir dərdim yoxdur"


Prezident Ərdoğan Macarıstandan dönüşdə təyyarədə jurnalistlərlə söhbətində yeni konstitusiya və öz namizədliyi ilə bağlı açıqlama verib.

Ərdoğan bildirib: “Yeni konstitusiyanı özümüz üçün yox, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir dərdim yoxdur”.

Konstitusiya ilə bağlı iş aparıldığını deyən Ərdoğan əlavə edib: “Artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyacımız var”.

Mənbə:BBC NEWS

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et