Şimali Koreyada yeni hərbi gəminin istismara vermə mərasimi zamanı suya salındığı zaman sürüşmə zolağından düşdüyü bildirilib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verib ki , ölkənin şərqindəki Çonjin limanında yeni esminesin istismara verilməsi mərasimi zamanı qəza baş verib .
500 tonluq döyüş gəmisi suya salınan zaman arxa sürüşmə yolundan sürüşərək quruya oturub. Bildirilib ki, gəminin dibi əzilib, tarazlığı pozulub və onu suya endirmək mümkün olmayıb.
Mərasimə qatılan Şimali Koreya lideri Kim Çen In komandirləri ehtiyatsızlıq və məsuliyyətsizlikdə günahlandıraraq, hadisəni "ciddi qəza" və "cinayət aktı" kimi qiymətləndirib.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
