Yeni araşdırmaya görə, dünya 1.5C qlobal istiləşmə hədəfinə çata bilsə belə, Qrenlandiya və Antarktidada buz təbəqələrinin “geri dönməz” əriməsi qaçılmaz ola bilər.
Alimlər buz təbəqələrinin nə vaxt çökməyə başlayacağını müəyyən etmək üçün peyklərdən, buz nüvələrindən və okean dibindən alınan məlumatlardan istifadə ediblər. Nəticələr gözləniləndən çox daha böyük bir fəlakətə işarə edir.
Tədqiqat müəyyən edib ki, 1,5 dərəcə həddi “təhlükəsiz hədd” deyil və hətta indiki 1,2 dərəcə temperatur buzlaqların sürətlə geri çəkilməsinə səbəb ola bilər.
Qrenlandiya və Antarktika buz təbəqələri əridiyi təqdirdə dəniz səviyyəsini birlikdə 65 metr yüksəltmək üçün kifayət qədər şirin su ehtiva edir. Bu, bütün sahilyanı ərazilər üçün ekzistensial təhlükə yaradır. Hər il 370 milyard ton buzlaq əriyir. Son 30 ildə dəniz səviyyəsinin qalxması iki dəfə artıb.
Mütəxəssislər vurğulayırlar ki, dəniz səviyyəsi 2100-cü ilə qədər ildə 1 santimetrə qədər yüksələ bilər, əsr ərzində isə bu, 1 metri keçə bilər. Bu, dünyada yüz milyonlarla insanın miqrasiya etmək məcburiyyətində və şəhərlərin su altında qalacağı bir ssenari deməkdir. Tədqiqat buzlaqların əriməsinin qarşısını almaq üçün karbon emissiyalarının səbəb olduğu temperatur artımının 1,5 dərəcə saxlanılmamalı, əksinə 1 dərəcəyə endirilməsi lazım olduğunu müdafiə edir. Ancaq qalıq yanacaq istifadəsinin bu dərəcədə davam etdiyi indiki vəziyyətdə bu məqsədə çatmaq kifayət qədər çətin görünür.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
