İstanbul Baş Prokurorluğu Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə Bürosu tərəfindən BIST Səhm bazarında satılan bəzi kapital bazarı alətlərində manipulyasiya hərəkətləri edildiyi iddiaları ilə bağlı başladılan istintaq davam edir. İstintaq çərçivəsində Ünsal Ban Fəthiyədə tutularaq saxlanılıb.
Ölkədən qaçmağa hazırlaşan Türkiyə Hava Qurumunun keçmiş rektoru Ünsal Ban Muğlada tutularaq Ankaraya gətirilib. Banın strategiyasının təfərrüatlarının ortaya çıxması ilə onun hədəflədiyi ölkə də bəlli olub.
Yunanıstanda ev alan və bununla da qızıl viza alan Banın bu ölkəyə gedəcəyi müəyyənləşib.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
