Bu gün:

Kanada “Qızıl Günbəz” planına qoşula bilər


Kanada və ABŞ Trampın təqdim etdiyi yeni raket əleyhinə müdafiə sistemi olan “Qızıl Günbəz” barədə ciddi danışıqlar aparır. Bu sistem müasir hava təhlükələrinə – dronlara və raketlərə qarşı qoruma məqsədilə nəzərdə tutulub.

Layihənin dəyəri 25 milyard dollardır və Tramp Kanadanın maraqlı olduğunu desə də, hələlik Kanadanın sistemdə konkret olaraq nə deyəcəyi, nə qədər pul ödəyəcəyi, bəlli deyil:

Kanadanın Baş naziri Mark Karni təsdiqləyib ki, bu məsələ ilə bağlı ABŞ ilə aktiv danışıqlar aparılır.

Hazırda hər şey danışıqlar mərhələsindədir, amma bu, Kanadanın müdafiə siyasəti üçün böyük bir dönüş nöqtəsi ola bilər.


Mənbə:BBC

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et