Bu gün:

Prezident Ərdoğan Macarıstanda


Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə Macarıstanın paytaxtı Budapeştə gedib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Budapeştə gedib. Ərdoğanı Macarıstanın tikinti və nəqliyyat naziri Yanoş Lazar, Protokolun baş direktoru Anett Varqa, Macarıstanın Ankaradakı səfiri Viktor Matis, Türkiyənin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu və həyat yoldaşı Ekrem Ekşioğlu, eləcə də səfirliyin əməkdaşları qarşılayıblar.

Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar Direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da şəhərə gəlib.

“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvə Toplantısı çərçivəsində TDT Dövlət Başçıları Şurasının toplantısına qatılacağı gözlənilən prezident Ərdoğanın tədbirə qatılan dövlət və hökumət başçıları, xüsusilə ev sahibi Macarıstanın Baş naziri Viktor Orban ilə ikitərəfli təmaslar keçirməsi gözlənilir.


Mənbə:TRT haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et