Meksikanın paytaxtı Mexiko şəhərində mer Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.
Səlahiyyətlilərə görə, Quzman və Munoz Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində maşında olarkən motosikletçinin hücumuna məruz qalıb. Fermerlər arasında qarşıdurma baş verib, 35 nəfər ölüb.
Həkim qruplarının bütün səylərinə baxmayaraq Quzman və Munoz hadisə yerində keçiniblər.
Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında: "Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib",- deyib.
Şeynbaum Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsia Harfuka hücum edənlərin tapılması üçün göstəriş verdiyini ifadə edərək: "Bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var",- deyib.
Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
