Elm adamları gələcək fəlakətlərdən sağ çıxmaq üçün insanların hansı qidaları istehsal etməli olduqlarını araşdırıblar. Bu tərəvəzləri əkən şəhərlər sağ qalacaq.
Nüvə müharibəsi, geniş miqyaslı vulkan püskürməsi və ya nəhəng asteroid zərbəsi Alimlərin fikrincə, belə qlobal fəlakətlər dünyanı nüvə qışı adlanan qaranlıq və soyuq dövrə sürükləyə bilər. Günəş şüalarının yerə çata bilməməsi ilə temperatur aşağı düşür, əkinçilik pozulur, qida ehtiyatları sürətlə tükənməyə başlayır.
Bu bədbin ssenariyə hazırlaşan elm adamları, bəşəriyyətin belə şəraitdə sağ qalmaq üçün hansı qidalardan istifadə edə biləcəyini araşdırıblar. Yeni Zelandiyada yerləşən Adapt Research tərəfindən aparılan və PLOS One jurnalında dərc edilən araşdırma, fəlakətdən sonrakı şəhərdə ən az torpaq sahəsi ilə ən çox insanı qidalandıra biləcək məhsulları müəyyən edib.
Nüvə müharibəsi, geniş miqyaslı vulkan püskürməsi və ya nəhəng asteroid zərbəsi... Alimlərin fikrincə, belə qlobal fəlakətlər dünyanı nüvə qışı adlanan qaranlıq və soyuq dövrə sürükləyə bilər. Günəş şüalarının yerə çata bilməməsi ilə temperatur aşağı düşür, əkinçilik pozulur, qida ehtiyatları sürətlə tükənməyə başlayır.
Bu bədbin ssenariyə hazırlaşan elm adamları, bəşəriyyətin belə şəraitdə sağ qalmaq üçün hansı qidalardan istifadə edə biləcəyini araşdırıblar. Yeni Zelandiyada yerləşən Adapt Research tərəfindən aparılan və PLOS One jurnalında dərc edilən araşdırma, fəlakətdən sonrakı şəhərdə ən az torpaq sahəsi ilə ən çox insanı qidalandıra biləcək məhsulları müəyyən edib.
Söhbət iri məskunlaşmış şəhərlərdən gedirsə, mənzərə daha da mürəkkəbləşir. Böyük şəhərlərin bütün əhalisini qidalandırmaq üçün şəkər çuğunduru və ispanaq kimi məhsullar üzrə kifayət qədər istehsal gücünə nail olmaq çətindir. Bu səbəbdən alimlər xüsusilə şəhər ətrafında geniş ərazilərdə buğda və yerkökü istehsalının artırılmasını tövsiyə edirlər.
Mənbə: Sözcü
Tərcümə etdi: Mina Yadigarlı
