Argentina prezidenti Xavyer Mileinin rəhbərlik etdiyi Azadlıq Hərəkatı Partiyası (La Libertad Avanza) paytaxt Buenos-Ayresdə keçirilən yerli qanunvericilik seçkilərində qalib gəlib.
Argentina mediasına görə, Mileinin Azadlıq Hərəkatı partiyası Buenos-Ayresdə 20 ildən çox siyasi hakimiyyətə malik olan keçmiş prezident Maurisio Makrinin Respublikaçılar Partiyasına ( Propuesta Republicana PRO) “tarixi” məğlubiyyət verib.
İştirak nisbətinin 53,3 faiz olduğu yerli qanunvericilik seçkilərində Mileinin partiyası 30,1 faiz səslə birinci olub.
Milei qələbə nitqində: "Bu gün azadlıq ideyaları üçün çox əhəmiyyətli bir gündür. Bu gün sarı qala bənövşəyi rəngə boyandı və bundan sonra bütün ölkəni bənövşəyi rəngə boyayacağıq",- deyib.
Milei 2023-cü il seçkiləri ilə müqayisədə Buenos-Ayresdə səslərini iki dəfə artıraraq oktyabrda keçiriləcək milli ara seçkilər ərəfəsində siyasi mövqeyini gücləndirib.
Seçkilərdən sonra Buenos-Ayres birjası 2 faizə qədər bahalaşıb, dövlət istiqrazları da dəyər qazanıb.
Mənbə: A Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
