Tramp administrasiyası Apple-ın Çində iPhone-lara Alibaba-nın süni intellektini inteqrasiya etmək planına şübhə ilə yanaşır. Razılaşma hələ tam təsdiqlənməyib və ciddi maneələrlə üz-üzədir.
Məlumata görə, Ağ Ev və ABŞ Nümayəndələr Palatasının Çin üzrə Seçmə Komitəsi Apple ilə birbaşa əlaqə saxlayaraq razılaşmanın detalları ilə maraqlanır. Onlar razılaşmanın nələri əhatə etdiyini, hansı məlumatların paylaşılacağını və bu prosesdə Çin hökumətinə bağlı tənzimləyici qurumların iştirakının olub-olmadığını araşdırırlar.
Ekspertlər bildirir ki, ABŞ-Çin münasibətlərində gərginlik fonunda bu cür razılaşmalar əlavə siyasi və təhlükəsizlik narahatlıqları yarada bilər. Apple hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
