Keçmiş ABŞ prezidenti 82 yaşlı Co Baydenin sözçüləri tərəfindən bazar günü verilən məlumata əsasən, Co Baydenə prostat xərçəngi diaqozu qoyulub. Sabiq prezident ötən həftə həkimə müraciət etdikdən sonra ona xərçəng xəstəliyinin aqressiv forması diaqnozu təyin olunub. Bu o deməkdir ki, Baydenin xəstəliyi yüksək dərəcəli kimi təsnif edilir.

Böyük Britaniya Xərçəng araşdırmaları institunun araşdırmasına görə xərçəng hüceyrələri sürətlə yayıla bilər. Buna baxmayaraq, sabiq prezidentin sözçüləri əlavə edirlər ki, Baydendə xərçəng xəstəliyi hormonlara əsaslanır. Bu da o deməkdir ki, sağalmaq ehtimalı var.
Prezident Donald Tramp xəbəri eşitdikdən sonra həyat yoldaşı birinci xanım Leydi Melania Trampla birlikdə öz sosial media platformu “Truth Social” -da kədərlərini ifadə ediblər.
Həmçinin 2009-cu ildən 2017-ci ilə qədər prezidentlik etmiş Barak Obama da öz X hesabında həyat yoldaşı Mişel Obama ilə birlikdə Bayden ailəsini haqqında narahatlıqlarını ifadə ediblər.
Mənbə: BBC
Tərcümə etdi: Rəna Qarayeva
