Keçmiş ABŞ Prezidenti Co Bayden-ə aqressiv və sümüklərə yayılmış prostat xərçəngi diaqnozu qoyulub.
82 yaşlı Bayden-in səhhətində ötən həftə bəzi əlamətlər müşahidə edildikdən sonra həkimə müraciət etdiyi bildirilir. Xəstəliyin hormona həssas növ olduğu qeyd olunub ki, bu da onun böyük ehtimalla idarə oluna biləcəyini göstərir. Hazırda Bayden və ailəsi müalicə variantlarını nəzərdən keçirir.
Diaqnozun ictimaiyyətə açıqlanmasından sonra bir çox dəstək mesajları gəlib. ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında verdiyi açıqlamada həm özünün, həm də həyat yoldaşı Melanya Tramp-ın bu xəbərə kədərləndiyini bildirib və Bayden ilə ailəsinə ən xoş arzularını çatdırıb.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
