Bu gün:

PKK-nın tərksilah prosesi necə həyata keçirilə bilər?


Milli Müdafiə Nazirliyi may ayında yaydığı bəyanatda tərksilah prosesində "region ölkələrinin həmkarları ilə koordinasiyalı mexanizm yaradılacaq",- deyib.Açıqlamada vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri “Ərazi təmizlənənə və ölkəmiz üçün artıq təhlükə yaratmayacağına əmin olana qədər quru axtarış və tarama fəaliyyətinə PKK-nın istifadə etdiyi bölgələrdə mağara, sığınacaq, mina və əldəqayırma partlayıcı maddələrin aşkar edilərək məhv edilməsinə qətiyyətlə davam edəcək”. Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə baş analitiki Bərkay Mandıracının sözlərinə görə, ilk növbədə konkret addımların atılması gözlənilir.

Mandıracının sözlərinə görə, bu qarşılıqlı addımların necə ardıcıllıqla atılacağı hələ bəlli deyil. Lakin bunlar üzrə irəliləyiş bizim real tərksilah, demobilizasiya və nəticədə reinteqrasiyaya aparan yol görüb-görmədiyimizi müəyyən edəcək.

Mənbə: BBC NEWS

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et