Bu gün:

İsraildə təxliyyə əmri verilib


İsrail Müdafiə Qüvvələri (İDF) Xan Yunis sakinlərini "görünməmiş hücuma" hazırlaşarkən təxliyyə etməyi əmr edib.İsrail ordusunun son aylarda verdiyi ən böyük təxliyə əmrlərindən birində insanlara zolağın qərbindəki əl-Məvasiyə doğru hərəkət etmək əmri verilib.

İsrail ordusunun sözçüsü Aviçay Adraee tərəfindən paylaşılan ərəbcə açıqlamada, ərazinin "təhlükəli döyüş bölgəsi sayılacağı" ifadə edilərək, "Terror təşkilatları sizə fəlakət gətirib. Təhlükəsizliyiniz üçün dərhal təxliyə edin,"- deyə bildirib. 

İDF şənbə günü Gideonun döyüş arabaları əməliyyatı adlı yeni böyük Qəzzaya hücuma başlayıb. Xəstəxanalar son 24 saat ərzində 100-dən çox insanın öldüyünü bildirib.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et