Bu gün:

Y Kombinator-dan Google-a inhisar ittihamı


ABŞ-də Google-a qarşı aparılan inhisarçılıq işində məşhur startap akseleratoru Y Kombinator (YC) məhkəməyə təqdim etdiyi sənəddə texnologiya nəhəngini inhisarçılıqda ittiham edib.

YC bildirib ki, Google-un bazardakı üstün mövqeyi investorları veb-axtarış və süni intellekt sahəsindəki startaplara dəstək verməkdən çəkindirir. Bu səbəbdən innovasiya mühiti süni şəkildə zəiflədilib və inkişaf dayanıb.

Sənəddə həmçinin vurğulanıb ki, YC agent əsaslı süni intellekt alətləri üzərində çalışan yeni layihələri dəstəkləməyə çalışır. Lakin Google-un bu bazarları ləngitmək riski gündəm olaraq qalır.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et