Nigeriyanın şimal-qərbindəki Kebbi ştatında silahlı hücum nəticəsində 15 fermer həlak olub.
Milli mətbuatda çıxan xəbərlərə görə, ştatın Danko Vasaqu bölgəsindəki tarlalara gedən fermerlər Lakurava silahlı qruplaşmasının hücumuna məruz qalıb. Hücum nəticəsində 15 fermer həyatını itirib, 3-ü yaralanıb.
Kebbi əyaləti qubernatorunun müavini Ömər Tafida hücum yerinə baş çəkərək həyatını itirənlərin ailələri ilə görüşüb.
Tafida əyalət hökumətinin fermerlərin əkin sahələrinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün lazımi addımlar atacağını söyləyib.
Nigeriya uzun müddətdir müxtəlif bölgələrdə silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və ISWAP-nin hücumları ilə üzləşib.
Ölkə hökuməti Lakuravanı yanvar ayında terror qruplaşması elan edib.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
