Prezident Rəcəb Tayyib Ərdoğan Ünsiyyət Müdirliyinin sosial media hesabında paylaşdığı paylaşımda 19 May Atatürkü Anma, Türk milləti və gəncliyinin Gənclik və İdman Bayramını qeyd edərək bu gün Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamalın Samsunbəndə döyüşə başlamasının 106-cı ildönümü olduğunu bildirib.

Türk gəncliyi 'Türk əsri' olaraq dövrə damğasını vuracaq:
Qazi Mustafa Kamalın türk gənclərinə hədiyyə etdiyi 19 Mayın əcdadlarımızın iman və əzmlə başladığı istiqlal mübarizəsinin ilk addımının atıldığı tarix olduğunu bildirən Ərdoğan bunları qeyd edib:
"Biz də atalarımızın müqəddəs əmanət olaraq qoyub getdiyi vətəni, Cümhuriyyəti qoruyaraq əbədi qalacaq Türkiyə Cümhuriyyətini hər sahədə daha da irəli aparacaq, şöhrətləndirəcək addımlar atırıq. Biz gənclərimizi yalnız gələcəyin memarı kimi deyil, həm də dəyişikliklərin aparıcı qüvvəsi kimi görürük və mən ürəkdən inanıram ki, onların enerjisi türkiyəliliyimizi, sivilizasiyamızı, iradəmizi, xəyallarımızı, xalqımızı daşıyacaq. Biz gənclərimizə elmdən sənətə, idmandan kənd təsərrüfatına, diplomatiyadan nüvə texnologiyalarına qədər hər sahədə öz potensiallarını kəşf etmələri üçün imkanlar yaradır, böyük və qüdrətli Türkiyə idealımızı həyata keçirmək üçün gənclərimizlə əl-ələ veririk. Arzularını həyata keçirmək üçün əzmlə çalışan, əsla təslim olmayan, əcdadlarından miras qoyduğu sivilizasiya irsini daha da uca tutmaq istəyən hər bir gəncimizə dəstəyimizi davam etdirəcəyik”.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
