Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo bu gün rəsmi olaraq vəzifəyə başlayıb. Vatikanda keçirilən mərasimə dünyanın müxtəlif ölkələrindən onlarla dövlət və hökumət nümayəndəsi qatılıb.
Papa mərasimdən sonra etdiyi çıxışda müharibələrdən əziyyət çəkən insanları xatırladaraq, “Ukrayna nəhayət ədalətli və davamlı sülh üçün danışıqları gözləyir, "- deyə bildirib. O həmçinin Qəzzada uşaqların, ailələrin və yaşlı insanların aclıqla mübarizə apardığını, Myanmarda isə toqquşmalar nəticəsində günahsız gənclərin həyatını itirdiyini vurğulayıb.
Mərasimdə iştirak edən ABŞ dövlət katibi Marko Rubio isə Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının Vatikanda baş tuta biləcəyini deyib.
Rubio dünən Vatikanın Baş naziri vəzifəsində olan Kardinal Pietro Parolin və Ukraynada sülh və əsir mübadiləsi təşəbbüsləri ilə məşğul olan Kardinal Matteo Zuppi ilə görüş keçirib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
