Rusiya ən böyük dron hücumunu həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya şənbə gecəsi ölkəyə 273 “Şahed” dronu ilə hücum edib. Ən çox zərbə Kyiv vilayətinə dəyib.

Hücum nəticəsində bir qadın həlak olub, bir uşaq da daxil olmaqla üç nəfər yaralanıb. Bir neçə yaşayış binası dağılıb, yanğınlar baş verib.
Hücumlar Türkiyədə keçirilən və nəticəsiz qalan birbaşa sülh danışıqlarından sonra baş verib. Rusiya danışıqlarda Ukraynanın ərazi güzəştlərinə getməsini tələb edib, Kyiv bu təklifi rədd edib. ABŞ prezidenti Donald Trump yaxın günlərdə Putinlə danışacağını açıqlayıb.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
