Bu gün:

Finlandiyada ölümlə nəticələnən qəza


Finlandiyanın cənub-qərbindəki Eura qəsəbəsində iki helikopter havada toqquşub. Yerli medianın məlumatına görə, helikopterlər Kokemakidəki Piikajarvi Uçuş Mərkəzində keçirilən aviasiya tədbirinə gedirmiş.

Yle news-un məlumatına görə, Piikajarvi hava limanına yaxınlaşan iki helikopter havada toqquşub və Avra qəsəbəsində meşəlik əraziyə düşüb. Səlahiyyətlilər helikopterlərin pilotları da daxil olmaqla 5 nəfərin həlak olduğunu təsdiqləyib. Hadisə yerində axtarış-xilasetmə və dəlil toplama işlərinin davam etdiyi, qəzanın yekun hesabatının ətraflı texniki müayinədən sonra paylaşılacağı bildirilib.

Mənbə: A haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et