Bu gün:

Redaktorlar təhsilli jurnalistlərə yenidən jurnalistika öyrədirlər


24Media.az-ın budəfəki müsahibi tanınmış jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyevdir.

-Azərbaycanda jurnalistika tədris etmək üçün olan kitab və dərslikləri necə qiymətləndirirsiniz? 

-Son illər jurnalistika sahəsində olan dərsliklərdə xeyli irəliləyiş olub. Həm layihələr çərçivəsində, həm də bizim mütəxəssislərimiz xeyli kitablar hazırlayıblar, tərcümələr ediblər. Bu gün ədəbiyyatda o qədər də qıtlıq yoxdur, xüsusilə, nəzərə alsaq ki, indi ingilis dili gənclər arasında kifayət qədər inkşaf edib, internetdən həddindən artıq, həm təlim materialları, həm də dərsliklər əldə etmək mümkündür. Bizdə əsas problem dərs demək metodudur. Bu sahədə dəyişikliklər olduqca azdır. Metod köhnədir və eyni zamanda, tədris edən müəllimlərin özündə də problem var. Bizdə hazırda jurnalistika ancaq dövlət universitetlərində tədris olunur və baxsaq, görərik ki, o müəllimlərin bir çoxları praktik jurnalistikayla məşğul olmamış şəxslərdir, yalnız nəzəri biliklərə malikdirlər. Bir çoxları da yeni texnologiyalardan istifadə edə bilmir. Onların özlərinə yeni texnologiyalar öyrətmək lazımdır. Bir qismi isə ali məktəblərin özlərinin praktik bazası olmadığı üçün tədris etdikləri bilikləri tətbiq etməyi də öyrədə bilmirlər. Hətta redaktorlar özləri deyirlər ki, təhsil almış jurnalistləri işə götürərkən onları yenidən öyrətmək lazım gəlir.

Ayşə Məmmədcəfərli

Paylaş
Şərh əlavə et