Kino həvəsi ilə tanınan Kventin Tarantino “Texas zəncirli qırğın” (1974) filmini tarixdə yeganə “mükəmməl” film adlandırıb.
Cimmi Kimmel şousunda rejissor Tobe Huperin filminin heç bir qüsurunun olmadığını etiraf edib: süjetdən tutmuş vizual estetikaya qədər.
Tarantino: "O, bütün qorxu janrına təsir edib, gərginlik və mükəmməllik standartını təyin edib",-deyə bildirib.
"Möhtəşəm yeddilik" siyahısına manyak Dəri üz haqqında qorxu filmi ilə yanaşı Spilberqin Çənələri (1975), Fridkinin Exorcist (1973), Vudi Allenin Annie Hall (1977), Mel Brooksun Gənc Frankenşteyn (1974) və Fuck Zeme (1974) Pekinpanın "Vəhşi dəstə" (1969) filmləri daxildir. Tarantino vurğulayıb ki, bu filmlər dəyişiklik tələb etmir - onlar öz janrlarına görə mükəmməldirlər.
“The Texas Chainsaw Massacre” öz qaranlıq atmosferi və yeniliyi ilə rejissoru valeh edib. “Mişar səhnəsi hələ də məni ürpədir və filmin əvvəlində real hadisələrlə bağlı ifadələr daha da ürkütücü olur”. Tarantino 70-80-ci illər kinosunun pərəstişkarı kimi həmin dövrü kinonun qızıl dövrü hesab edir.
Mənbə: pravda
Tərcümə etdi: Fatimə Umarbəy
