Bu gün:

Qəzzaya yeni hücüm


İsrail ordusu Qəzzanı işğalını daimi etməyə hazırlaşır. İsrail ordusu "Qəzzanın işğalını genişləndirmək və onu daimi etmək" üçün təhlükəsizlik kabinetinin təsdiqlədiyi planı həyata keçirməyə başladığını açıqlayıb. İsrail ordusunun Qəzzaya hücumları ilə bağlı verdiyi açıqlamada ordunun bölmələrini səfərbər etdiyi bildirilib. 

Həmçinin, açıqlamada İsrail ordusunun Qəzzanın işğalını genişləndirmək və strateji bölgələri zəbt etmək üçün dünən gün ərzində geniş hücumlara keçdiyi bildirilib. “Gideonun arabaları” adlandırılan hücumların 7 oktyabr 2023-cü il tarixindən bu yana şiddətli hücumları ilə bu məqsədlərə çata bilməyən İsrailin Həması məğlub etmək və İsrailli məhbusları geri qaytarmaq məqsədlərinə çatmaq üçün həyata keçirildiyi iddia edilib. İsrail ordusunun Qəzza zolağında hücumlarını davam etdirəcəyi bildirilib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et