Bu gün:

Papa XIV Leo vəzifəyə başlayıb


Katolik Kilsəsinin yeni Papası XIV Leo (Leone) bu gün dünyanın müxtəlif ölkələrindən onlarla dövlət və hökumət nümayəndəsinin iştirak etdiyi mərasimdə rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Vatikana gələn siyasətçilər arasında olan ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının Vatikanın ev sahibliyi ilə keçirilə biləcəyini bildirib.

Rubio dünən Vatikanın baş naziri kardinal Pietro Parolin və Ukraynada sülh və məhbus mübadiləsi səylərinə cavabdeh olan kardinal Matteo Zuppi ilə görüşüb.

ABŞ-li nazir görüşdən əvvəl mətbuata verdiyi açıqlamada Vatikan rəsmiləri ilə bu həftə Türkiyədə keçirilən danışıqlara dair yenilikləri, gələcək addımları və Vatikandan mümkün dəstəyi müzakirə edəcəklərini bildirib.

Rubio “Vatikanın konstruktiv və müsbət rol oynamaq istəyinə görə minnətdardır” və oranın Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə biləcəyini vurğulayıb.

Mayın 8-də Roma Papası seçilən amerikalı kardinal Robert Frensis Prevost həmin axşam xalqa ilk çıxışında sülhə çağırıb. Ukrayna və Fələstin münaqişələrinə toxunaraq Vatikanın düşmənləri dialoqa dəvət etməyə hazır olduğunu vurğulayıb. O, liderlərə “Görüşək, danışaq”,-deyib.

Mənbə: BBC News

Tərcümə etdi: Səyyarə Mirzəyeva



Paylaş
Şərh əlavə et