Sərnişin daşıma və çatdırılma nəhəngi Uber, ABŞ-in böyük şəhərlərində həftə içi işə gedib-gəlmə saatlarında sıx yollar üzrə ucuz, sabit marşrutlu gedişlər təqdim edir — bu da əksər insanlar üçün getdikcə bahalaşan dünyaya bir həll yolu kimi nəzərdə tutulur.
Çərşənbə günündən etibarən, Baltimore, Boston, Chicago, Dallas, New York City, Philadelphia və San Francisco şəhərlərindəki sərnişinlər Uber-in yeni “Route Share” funksiyası ilə UberX səfərinin qiymətindən 50% qənaət edə biləcəklər.
Şirkət, Go-Get illik tədbirində sərnişinlərə və çatdırılma istifadəçilərinə qənaət etməyə kömək edən “Route Share” və digər yeni funksiyalarla endirimlər elan edib. Məqsəd, iqtisadi çətinliklərə baxmayaraq Uber tətbiqindən istifadəni davam etdirən sadiq müştəri bazasını cəlb edib qorumaqdır.
Uber-in baş məhsul direktoru Sachin Kansal-a görə, bu servis avtobusları əvvəlcədən təyin olunmuş dayanacaqlar arasında hər 20 dəqiqədən bir hərəkət edəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
