Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Comert Tokayevlə telefon danışığı aparıb. Görüş zamanı Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatında daha da inkişaf etdiriləcəyini bildirib.

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyinin sosial media hesabından edilən açıqlamaya görə, prezident Ərdoğanın Qazaxıstan prezidenti Tokayevlə keçirdiyi telefon danışığında Türkiyə ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.
Görüş zamanı Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında əməkdaşlığın həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatında daha da inkişaf etdiriləcəyini bildirib. Görüş zamanı prezident Ərdoğan Qazaxıstan prezidenti Tokayevi də ad günü münasibətilə təbrik edib.
Mənbə:A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
