Bu gün:

Böyük Britaniya 3 İran vətəndaşını ittiham edir


Böyük Britaniya polisi antiterror əməliyyatından sonra üç İran vətəşdaşını milli  cinayətdə ittiham edir. London Metropoliten Polisinin şənbə günü verdiyi açıqlamada 3 May tarixində həbs edilən üç iranlı 14 Avqust 2024-cü ildən etibarən 16 fevral 2025-ci ilə qədər xarici kəşfiyyat xidmətinə, yəni İrana kömək edə biləcək davranışlarda iştirak etməkdə ittiham edilib. 

Britaniya polisi sözügedən kəşfiyyat qurumunun İranla əlaqəsi olduğunu bildirsə də, bu kəşfiyyat orqanının İran Kəşfiyyat Nazirliyi və ya SEPAH Kəşfiyyat Təşkilatı olduğu barədə əlavə açıqlama verməyib.

Yaşları 39-55 arasında olan kişilərin adları polis tərəfindən açıqlanıb. Həbsdə təqsirləndirilənlər Mostafa Sepahvand, Fərhad Cavadi Manesh və Shapoor Qalehali Khani Noori olub. Onlara müşahidə və kəşfiyyatla məşğul olmaq, bir nəfərə isə “Birləşmiş Krallıqda bir şəxsə qarşı ciddi zorakılıq etmək” ilə bağlı cinayət işi açılıb. 

İstintaq Britaniyanın terrorla mübarizə polisi tərəfindən aparılır.


Mənbə:CNN                                                                               Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et