Bu gün:

Kolumbiyada dron hücumu baş verib


Kolumbiyanın şimal-şərqində yerləşən Katatumbo bölgəsində təşkil olunan dron hücumu nəticəsində 1 uşaq həlak olub, 20 nəfər isə yaralanıb.

El Tarra və Tibu qəsəbələrində silahlı qrupların həyata keçirdiyi hücum nəticəsində yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisədən sonra əraziyə təcili tibbi yardım qrupları göndərilib və hüquq-mühafizə orqanları istintaqa başlayıb.

Qeyd edək ki, Katatumbo bölgəsində uzun müddətdir Milli Qurtuluş Ordusu (ELN) ilə keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) üzvləri arasında silahlı qarşıdurmalar baş verir. Yerli mətbuatın məlumatına görə, bu toqquşmalar nəticəsində təxminən 60 min insan bölgəni tərk etmək məcburiyyətində qalıb.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et