Bu gün:

Qəzzada ölənlərin sayı artıb


Səhiyyə mənbələrindən əldə edilən məlumata görə, İsrail ordusu gecə boyu Qəzzada məcburi köçkün fələstinlilərin evlərini, çadırlarını və mülki əhalinin toplaşdığı yerləri bombalayıb. İsrailin hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 45 fələstinli həyatını itirib, çoxunun vəziyyəti ağır olmaqla ən azı 60 nəfər yaralanıb.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Qəzzanın Xan Yunis şəhərində bir neçə evi bombalayıb. Xan Yunisdə həyatını itirən ən azı 27 nəfərin və yaralıların cəsədi şəhərdəki Nasser xəstəxanasına gətirilib.

İsrail ordusunun hücumlarını intensivləşdirdiyi Qəzza zolağında ölənlərin sayı artır. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda İsrailin hücumları nəticəsində 108 nəfərin həyatını itirdiyi, 216 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda ölən daha bir nəfərin cəsədinin tapıldığı da bildirilib. Belə ki, İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən bu yana həyatını itirənlərin sayının 2985-ə, yaralıların sayının isə 8173-ə yüksəldiyi bildirilib. İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlarına başladığından bu yana ümumi can itkisinin 53 min 119 nəfərə, yaralı sayının isə 120 min 214 nəfərə yüksəldiyi qeyd edilib.


Mənbə:A haber 

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et