Bu gün:

ABŞ nüvə saşizinə yaxınlaşır


ABŞ Prezidenti Donald Tramp Qətərin paytaxtı Dohada keçirilən işgüzar dəyirmi masa zamanı çıxış edərək bildirib ki, Vaşinqton İranla nüvə sazişinə “çox yaxın”-dır.

“İran şərtlərlə razılaşırsa, orada nüvə tozu belə buraxmayacıq. Biz bunu dostyana həyata keçirəcəyik” deyə Tramp öz nitqində qeyd edib. 

Trampın “nüvə tozu” deyərkən nəyi nəzərdə tutduğu bəlli deyil, lakin Qətər də daxil olmaqla Körfəz ölkələri İranın nüvə obyektlərinə hücumun bölgədə ekoloji fəlakətə səbəb ola biləcəyindən və onları daha geniş regional müharibəyə sürükləyə biləcəyindən narahatdırlar.

Körfəz səfəri zamanı Tramp dəfələrlə İranın heç vaxt nüvə silahı əldə etməməsi barədə xəbərdarlıq edərək, nüvə razılaşmasına nail ola bilməsə, ölkəni vuracağı ilə hədələyib.

İran rəsmiləri Trampın açıqlamalarına hələlik rəsmi reaksiya verməyiblər. Lakin ölkə daxilində bu məsələyə münasibətlər bildirilməkdədir. Kirmanşah əyalətində bir qrup alim qarşısında çıxış edən bir qadın vətəndaş deyib: “ABŞ prezidenti regionumuza gələ biləcəyini, bizi təhdid edə biləcəyini düşündüyü üçün sadəlövhdür və onun tələblərindən geri çəkilməyimizə ümid edir. Biz heç vaxt ləyaqətimizi müzakirə etməyəcəyik. Bu, hər bir iranlının qanında var. Siz son 47 ildə İranı diz çökdürməyə çalışdınız. Biz min illərdir var olmuşuq və bundan sonra da belə davam edəcəyik".

Çərşənbə günü Tramp təhdidlərini təkrarlayaraq bildirib ki, o, İrandakı nüvə danışıqlarının “zorakı hal" almasını istəmir.

“İki yol var. Nə üç, nə dörd, sadəcə iki yol: dostcasına və düşməncəsinə. Düşmən yolu – zorakı yoldur və mən bu yolu istəmirəm. Bunu əvvəlcədən deyirəm. Lakin onlar da hərəkətə keçməlidirlər”, – deyə o əlavə edib.


Mənbə:CNN

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et