İranla nüvə sazişində Avropa tərəfi olan E3 – yəni İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazir müavinləri bu gün İstanbulda nüvə məsələləri ilə bağlı görüş keçiriblər.
İranın xarici işlər nazirinin müavinləri Məcid Təxt Rəvançi və Kazem Qəribabadi Böyük Britaniya, Fransa və Almaniyanın yüksək rütbəli diplomatları ilə görüşmək üçün İstanbula gəlib.
İranın İstanbuldakı Baş Konsulluğunda keçirilən görüşdən sonra xarici işlər nazirinin müavini Qəribabadi verdiyi açıqlamada "Doktor Təxt Rəvançi ilə üç Avropa ölkəsinin siyasi liderlərini İstanbulda qəbul etdik. Biz dolayı nüvə danışıqlarının son vəziyyətini və sanksiyaların ləğvini müzakirə etdik və fikir mübadiləsi apardıq. İran və üç Avropa ölkəsi diplomatiyanı davam etdirmək əzmindədir və lazım gələrsə, danışıqları ən yaxşı şəkildə davam etdirəcəyik".
Mənbə: CNN Türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
