Bu gün:

Kris Braun həbs edilib


R&B müğənnisi Kris Braun Londonda bir gecə klubunda baş verən hadisə ilə bağlı şüşə ilə hücum etməkdə ittiham olunub və məhkəmə onu həbs etmək qərarı verib.

Amerikalı müğənni cümə axşamı Mançestırdaki Louri otelində həbs edilib və daha sonra 2023-cü ildə Londonun Mayfair şəhərindəki Tape klubunda baş verdiyi iddia edilən hücuma görə ittiham edilib.

36 yaşlı Braunun musiqi prodüseri Abe Diaw-a ağır bədən xəsarəti yetirmək üçün şüşədən istifadə etdiyi iddia edilir.

Müğənni iyun və iyul aylarında Böyük Britaniyaya planlaşdırılan qastrol səfərindən əvvəl Mançestırdaki Co-Op Live Arenada və Kardiffdəki Principality Stadiumunda olub.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov



Paylaş
Şərh əlavə et