Bu gün:

İsrail Qəzzanın şimalına hücum edib


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 82 nəfər artaraq 53 min 10 nəfərə çatıb.

Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb. Qəzzada son 24 saatda 82 ölü, 152 yaralının xəstəxanalara çatdırıldığı qeyd edilib.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2876 fələstinlinin həyatını itirdiyi, 7957 nəfərin isə yaralandığı bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.


Mənbə: A haber

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et