Qəzzanın Daxili İşlər Nazirliyi xəstə və köçkün dinc əhalinin sığındığı ərazilərə hücumla hədələyən İsraili insanları evlərindən zorla köçürməklə beynəlxalq hüququ pozmaqda ittiham edib.

Nazirlikdən verilən açıqlamada, "İsrail işğalçı qüvvələri heç bir əsas olmadan vətəndaşları evlərindən çıxarmağa məcbur edir",-deyə qeyd edilib.
İsrail Ordu Sözçüsü Avichay Adraee dünən X sosial media platformasındakı yazısında, Qəzza İslam Universitetinin yerləşdiyi Qəzza şəhərində bir çox məktəbə və Şəfa xəstəxanasına hücum edəcəyini açıqlayıb. İsrail ordusu hücumla hədələdiyi bölgədə 7 Fələstin vətəndaşının adını da qeyd edib. Həmas və İslami Cihadın üzvü olduğunu və HƏMAS-ın Qəzzada mülki binalarda, xüsusilə xəstəxana, məktəblər və mülki mərkəzlərdə hərbi əməliyyatlar apardığını iddia edib. Qəzza Daxili İşlər Nazirliyi bu iddiaları rədd edərək, "İsrailin mülki şəxsləri təhdid edən bəyanatında səsləndirdiyi bütün iddialar əsassızdır",- deyib.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
