Proqnozlara əsasən, növbəti aylarda Kanada və ABŞ-ni böyük yanğın təhlükəsi gözləyir. Kanada Meşə Yanğınları Mərkəzinin verdiyi rəsmi məlumata görə, ötən il baş verən yanğınlar səbəbi ilə ölkədə 300.000-dən çox ərazi yanıb. 2023 və 2024-cü illərdə baş verən yanğınlar nəticəsində yüz minlərlə insan evini itirib, çox sayda yanğınsöndürən vəfat edib. Ontario, Quebek kimi ştatlara nisbətən Qərbi Kanada quru və küləkli olduğu üçün yanğınların yaranması və yayılması daha çox risk ehtiva edir.

Qərbi Kanadanın analitik və metodoloqu Riçard Karr açıqlamasında bildirib ki, kütləvi meşə yanğınları hər ay baş verə bilər, lakin May ayı Qərbi Kanadada bu yanğınların ən çox baş verdiyi vaxtdır.
“Əslində, biz mart və aprel aylarında da yanğınlarla rastlaşırıq, lakin həmin aylarda baş verən yanğınlar may ayındakı kimi olmur“,- deyə Karr qeyd edib.
Bu il bir çox ştatlarda şiddətli meşə yanğınları baş verib və yenidən baş vermək təhlükəsi var. Quraqlıq və güclü küləklər davam etdikcə yanğınların yenidən başlaması və Şimali Amerikaya da yayılması gözlənilir.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
