Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 393 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “7 qırğın”da 55 nəfərin həyatını itirdiyi, 192 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 43 min 314 nəfərə, yaralı sayının isə 102 min 19 nəfərə yüksəldiyi qeyd edilib.
Bəyanatda, həmçinin dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin yaratdığı maneələr səbəbilə tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Mənbə: A haber
Tərcümə etdi: Aysel Mirzəyeva
