ABŞ-nin sabiq prezidenti Donald Tramp Yaxın Şərqə dörd günlük səfərinin ikinci mərhələsində Qətərlə bir sıra müqavilələr imzaladığını açıqlayıb. Bu müqavilələr arasında Boeing təyyarələrinin satışına dair 200 milyard dollarlıq sifariş də var.
Tramp Dohaya getməzdən əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya prezidenti ilə görüşüb. Görüş zamanı o, prezident Əhməd əl-Şaraaya İsraillə münasibətləri normallaşdırmağı tövsiyə edib. Bu görüş Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməsindən və bunun Suriya üçün “böyüklük nümayiş etdirmək imkanı” yaratdığını deməsindən sonra baş tutub.
Tramp Suriya liderini yüksək qiymətləndirərək onu “cəlbedici və sərt bir adam” adlandırıb. O, həmçinin bildirib ki, sabah Türkiyədə keçirilməsi planlaşdırılan və Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Putinin də iştirak edə biləcəyi sülh danışıqlarına qoşula bilər.
Şimali Amerika üzrə müxbirimiz Sara Smit Dohadan xəbər verir ki, Trampın bu ölkəyə səfəri əsasən Qətərin ona təyyarə hədiyyə etməsi ilə diqqət çəkib.
Mənbə: BBC news
Tərcümə etdi: Asiman Vəliyeva
