Bu gün:

Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini bildirib


ABŞ-nin Prezidenti Donald Tramp Suriyaya tətbiq olunan bütün sanksiyaları ləğv edəcəyini elan edib. Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani bunun “Suriya xalqı üçün mühüm bir dönüş nöqtəsi” olduğunu bildirib.

Tramp Körfəz ölkələrinə səfərinə Səudiyyə Ərəbistanından başlayıb. O, paytaxt Ər-Riyadda keçirilən investisiya forumunda çıxış edərək bildirib ki, Suriyanın inkişaf etməsinə şərait yaratmaq üçün bu ölkəyə qarşı bütün sanksiyaların ləğv edilməsi barədə göstəriş verəcək.

O əlavə edib: “İndi onların parlayacağı vaxtdır. Bütün sanksiyaları ləğv edirik. Uğurlar, Suriya. Bizə vacib olan xüsusi bir şey göstər". 


Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et