Bu gün:

BMT: İsrail Qəzzada qeyri-insani şərtlər tətbiq edir


BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletcher 10 həftədən artıqdır Qəzzaya heç bir qida, dərman, su və ya çadırın daxil olmadığını bildirərək İsrailin “qəsdən və həyasızcasına qeyri-insani şərtlər” tətbiq etməyə davam etdiyini bildirib.Tom Fletçer BMT Təhlükəsizlik Şurasının Qəzzada humanitar vəziyyətlə bağlı iclasında çıxış edib. Fletser "Başlamazdan əvvəl sizdən xahiş etmək istərdim ki, hər birinizin Qəzzada hər gün şahidi olduğumuz 21-ci əsr vəhşiliklərini dayandırmaq üçün nələr etdiyinizi düşünmək üçün bir az vaxt ayırın ki, biz də gələcək nəsillərə onlar haqqında məlumat verə bilək. İsrail qəsdən və həyasızcasına işğal etdiyi Fələstin torpaqlarında dinc əhaliyə qarşı qeyri-insani şərtlər qoyur. Yüz minlərlə fələstinli yenidən məcburi köçkünə çevrildi, getdikcə daha kiçik ərazilərə məhkum edildi",- deyə bildirib.

Mənbə:TRT HABER

Tərcümə etdi:Fidan Fərhad

Paylaş
Şərh əlavə et