Filippinin Neqros adasındakı Kanlaon vulkanı püskürüb. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Kanlaon vulkanının yerli vaxtla saat 02:55-də aktivləşdiyini açıqlayıb.
Açıqlamada partlayışın 5 dəqiqə davam etdiyi və partlayış zamanı vulkandan təxminən 3 kilometr hündürlüyə kül püskürdüyü bildirilib.
Püskürmə zamanı vulkanın cənub yamaclarında 2 kilometr məsafədə isti qaz və vulkanik materialın axması müşahidə olunub.
Partlayışdan sonra bölgədə 3-cü səviyyəli xəbərdarlıq statusunun hələ də qüvvədə olduğu qeyd edilib.
Vulkana yaxın yaşayış məntəqələrinin boşaldılması lazım olduğunu xatırladan Phivolks axın, qaya parçaları və kül yağışı kimi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
