Bu gün:

Onlarla Cənubi Afrikalı qaçqın kimi ABŞ-yə gəlib


59 ağdərili Cənubi Afrikalı qaçqın statusunun veriləcəyi məqsədi ilə ABŞ-yə gəlib.

Prezident Donald Tramp bildirib ki, ölkənin Afrikaner azlığına aid olan qaçqınların müraciətləri onların "irqi ayrı-seçkiliyin qurbanı" olduqları əsas gətirilərək daha tez şəkildə nəzərdən keçirilir.

Cənubi Afrika hökuməti bildirib ki, qrup qaçqın statusuna layiq olan heç bir təqibdən əziyyət çəkmir.

Tramp administrasiyası müharibə bölgələrindən olanlar da daxil olmaqla, digər bütün qaçqın qəbulunu dayandırıb. Human Rights Watch bu qərarı qəddar və irqi ayrı-seçkilik nümunəsi kimi dəyərləndirərək bildirib ki, bunun nəticəsində minlərlə insan, əsasən, qaradərili və əfqan qaçqınlar ABŞ-də sığınacaq almaq imkanından məhrum edilib. Eyni zamanda, bazar ertəsi Vaşinqton yaxınlığındakı Dulles hava limanına enən ağdərili Cənubi Afrikalıların qrupu ABŞ rəsmiləri tərəfindən səmimi şəkildə qarşılanıb.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et