ABŞ-nin texnologiya yeniliyi Apple bu payız təqdim ediləcək yeni iPhone modellərinin qiymətini artırmağı planlaşdırır.
The Wall Street Journal qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, şirkət bu artımı ABŞ-nin Çin mallarına tətbiq etdiyi əlavə tariflərlə əlaqələndirmək istəmir.
Mənbələrin bildirdiyinə görə, Apple qiymət artımını daha çox yeni funksiyalar və dizayn yenilikləri ilə əsaslandırmağa çalışır. Bununla belə, ABŞ-Çin ticarət müharibəsinin şirkətə təsiri gözardı edilmir. Artan tariflərin yalnız üçüncü rübdə Apple-a 900 milyon dollar əlavə xərc yaradacağı proqnozlaşdırılır.
Şirkət hələlik qiymət artımı ilə bağlı rəsmi açıqlama verməsə də, istehsalın bir hissəsini Çindən Hindistana köçürməklə tariflərin təsirini azaltmağa çalışdığı bildirilir.
Yeni iPhone modellərinin rəsmi təqdimatının bu ilin payız aylarında baş tutacağı gözlənilir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
