Bu gün:

Berlində İsaak Hersoqun səfərinə etiraz


Almaniyanın paytaxtı Berlində İsrail prezidenti İsaak Hersoqun səfərinə etiraz edilib. Baş nazirlik binasının qarşısına toplaşan bir qrup “Soyqırımı dayandırın”, “Beynəlxalq hüquqa hörmət edin” kimi şüarlar səsləndirib.

Beynəlxalq Amnistiya Təşkilatının təşkil etdiyi nümayişdə Hersoqun Almaniyaya səfərinə etiraz edən bir qrup Baş nazirlik binası qarşısında toplaşıb.

Etirazçılar əllərində “Qəzzada İsrailin soyqırımına son qoyulsun”, “Soyqırım üçün dəyər ortaqlığı yoxdur”, “Qəzzada beynəlxalq humanitar hüquqa hörmət edin” və “Qəzzada müharibə cinayətləri üçün silah yoxdur” yazılı lövhələr qaldırıblar. Nümayiş zamanı “Soyqırımı dayandırın”, “Beynəlxalq hüquqa hörmət edin” kimi şüarlar səsləndirilib.

Sofi adlı etirazçı Hersoqun səfəri zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya hökumətinin Qəzzada soyqırımın baş verdiyini açıq şəkildə ifadə etmələri lazım olduğunu ifadə edərək "Bu səfər üçün doğru zaman deyil. Dəyərlərin ortaqlığı beynəlxalq hüquq dəyərlərinə əsaslanmalıdır",-deyib.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et