Xarici işlər naziri Hakan Fidan terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı deyib: "Bu qərar verildikdən sonra atılacaq əməli addımlar var. Onları yaxından təqib edəcəyik".

Türkiyə-İordaniya-Suriya Xarici İşlər Nazirləri görüşü xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilib.
Görüşdən sonra açıqlama verən nazir Fidan terror təşkilatı PKK-nın fəaliyyətini dayandırmaq və tərksilah etmək qərarının tarixi və əhəmiyyətli bir qərar olduğunu ifadə edərək: "Bu qərarı, xüsusilə bölgəmizdə hökm sürən daimi sülh və sabitlik baxımından çox əhəmiyyətli görürəm. Bu qərarın qəbulundan sonra atılacaq əməli addımlar var. Onları yaxından təqib edəcəyik",- deyib.
O əlavə edib: "Ən böyük arzumuz Türkiyədə son 20 ildə inkişaf etdirdiyimiz demokratiya, azadlıq, rifah və təhlükəsizlik sahələrinin daha da genişlənməsi və Türkiyədən sıçrayaraq bölgəmizdəki digər dövlətlərə və xalqlara müsbət təsir göstərməsidir. İnanıram ki, bu qərar səmimi və digər narahatlıqları aradan qaldıracaq şəkildə həyata keçirilərsə, gələcəyimiz, vətəndaşlarımız və hər kəs üçün çox faydalı bir qərar olar".
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
