Bu gün:

İnstakart yeni "Fizz" tətbiqini istifadəyə verib


ABŞ-də fəaliyyət göstərən tanınmış çatdırılma platforması İnstakart 21 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulmuş yeni tətbiqi olan "Fizz"i istifadəyə verib. Bu tətbiq içki və qəlyanaltıların sifarişini asanlaşdıraraq, məclis və yığıncaqlar üçün xüsusi olaraq hazırlanıb.

Fizz tətbiqinin əsas yeniliyi ondan ibarətdir ki, məclis təşkilatçısı öz səbətinə qonaqları dəvət edə bilir. Bu xüsusiyyət sayəsində hər kəs yığıncağa nə gətirmək istədiyini özü seçir və yalnız əlavə etdiyi məhsulların ödənişini edir. Beləliklə, ümumi hesabı bölmək kimi çətinliklər aradan qalxır.

Yeni tətbiq İnstakart-ın gəlir mənbələrini genişləndirmək və daha gənc auditoriyaya, xüsusilə də, məclis və sosial tədbirlər planlayan istifadəçilərə çatmaq məqsədini daşıyır. Fizz-in təqdimatı şirkətə daha sosial və interaktiv xidmət istiqamətində mühüm addım atmağa imkan verir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et