Bu gün:

21 yaşlı gəncdən “köçürmə” alətinə 5,3 milyon dollar yatırım


ABŞ-də yaşayan 21 yaşlı Çungin Roy Li “Cluely” adlı süni intellekt əsaslı startapı üçün 5,3 milyon dollar investisiya cəlb edib. Yatırım Abstract Ventures və Susa Ventures fondları tərəfindən təmin olunub.

“Cluely” istifadəçilərə imtahanlarda, satış zənglərində və iş müsahibələrində gizli şəkildə kömək almağa imkan yaradır. Alət brauzer daxilində görünməyən bir pəncərə vasitəsilə işləyir və qarşı tərəf bu pəncərəni görə bilmir.

Startapın yaranma hekayəsi təsisçi Roy Li-nin Kolumbia Universitetindən müvəqqəti uzaqlaşdırılması ilə başlayıb. O, sosial media platforması X-də paylaşdığı bir yazıda, özü və həmtəsisçisinin iş müsahibələrində istifadə üçün süni intellektə əsaslanan bir köçürmə aləti hazırladıqlarını bildirib. Bu alət əvvəlcə “İnterview Coder” adlanıb. 

“Cluely” yayımladığı manifestdə öz texnologiyasını kalkulyator və yazı yoxlayıcıları kimi əvvəllər “köçürmə” kimi qiymətləndirilmiş, lakin zamanla qəbul edilmiş vasitələrlə müqayisə edib.

Yeni texnologiyanın etik tərəfləri ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəziləri bu aləti qeyri-qanuni kömək vasitəsi hesab etsə də, digərləri onu məhsuldarlığı artıran yenilik kimi dəyərləndirir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et