Bu gün:

Kolumbiyada torpaq sürüşməsi olub


Kolumbiyanın Sabaneta şəhərində güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Yerli mətbuatın verdiyi məlumata görə, bölgədə bir müddətdir davam edən leysan yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində iki ev dağılıb. Eyni ailədən çoxlu insan dağıntılar altında qalıb.

Yanğınsöndürənlərin uzun sürən işindən sonra 5 nəfərin cansız bədəni tapılıb. Seldə itkin düşən iki nəfərin tapılması istiqamətində işlər davam etdirilir.

Medellin, Enviqado, İtagüi və Daqran bölgələrində də daşqınlardan bir çox ailə zərər çəkib.

Təxliyə edilmiş vətəndaşlar üçün müvəqqəti sığınacaqlar yaradılıb.

Sabaneta Bələdiyyə Başçısı Alder Cruz verdiyi açıqlamada neçə nəfərin yerin altında qaldığının bilinmədiyini ifadə edərək "Yardım təşkilatlarımız bu fövqəladə vəziyyətlə bağlı çalışır. Üç qadın və iki kişinin cəsədi Venansio Diaz Diaz Xəstəxanasına aparıldı" deyib. 

Mənbə: A Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et