Bu gün:

Rubio Pakistan-Hindistan danışıqlarına vasitəçilik etmək istəyir


ABŞ Dövlət departamentinin yaydığı məlumata əsasən, dövlət katibi Marko Rubio Pakistan və Hindistan arasında artmaqda olan  gərginliklə bağlı hər iki ölkənin xarici işlər naziri ilə danışıq aparıb və tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

Rəsmi məlumata əsasən, Rubio Hindistanın Xarici işlər naziri Subrahmanyam Jaişankar və Pakistanın xarici işlər və eyni zamanda baş nazir müavini olan İşaq Darla ilə zənglər zamanı hər iki tərəfin gərginliyi azaltması və yanlış anlaşılmaların qarşısını almaq üçün yeni yollar tapmağa ehtiyac olduğunu vurğulayıb.

Rubio həmçinin Pakistan ordusunun baş qərargah rəisi Asim Munirlə də danışıb. Görüş zamanı o, gərginliyin azaldılması üçün hər iki tərəfin mümkün yollar axtarmağa davam etməli olduğunu bildirib.

Bu, ABŞ-ın Pakistan və Hindistan rəsmilərinə vasitəçiliklə bağlı ilk rəsmi təklifidir



Mənbə: CNN 

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et